Rusiya Ermənistanın "BOĞAZINA BIÇAQ DİRƏDİ" - Əgər Avropa Birliyinə üzv olsanız..

Rusiya Ermənistanın "BOĞAZINA BIÇAQ DİRƏDİ" - Əgər Avropa Birliyinə üzv olsanız..
23.04.2026 16:59 Dünya

Ermənistan Aİ-yə qoşularsa, ÜDM-in ən azı 23%-ni itirə bilər.

TodayPress TV xəbər verir ki,  bu barədə Rusiya Təhlükəsizlik Şurası məlumat yayıb.

Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib ki, Aİ-yə üzvlük əmək bazarının 10,5% daralmasına və inflyasiyanın 22,6% artmasına səbəb ola bilər.

Onun sözlərinə görə, xüsusilə Ermənistanın daxili istehlakı hazırkı səviyyə ilə müqayisədə 20%-dən çox azala bilər. Bundan əlavə, təbii qaz da daxil olmaqla enerji daşıyıcılarının qiymətlərinin daha da artacağı gözlənilir.

Şevtsov qeyd edib ki, Ermənistanın Aİ-yə mümkün üzvlüyü, eləcə də Rusiya və İranla viza rejiminin tətbiqi turist axınının azalmasına gətirib çıxara və ölkə iqtisadiyyatına mənfi təsir göstərə bilər.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər