Rusiya Ermənistana repatriasiya göstəricilərinə görə birinci yerdədir

Dünya

12.01.2026 12:41

"Ermənistana qayıdan ermənilərin sayına görə Rusiya ilk yeri tutur".

TodayPress TV xəbər verir ki, bu barədə Diasporla iş üzrə baş müvəkkil Zare Sinanyan bazar ertəsi keçirilən mətbuat konfransında məlumat verib.

Zare Sinanyan Rusiyanın bu sahədə daim lider olduğunu bildirib və bunu həmin ölkədə erməni icmasının çoxluğu, coğrafi yaxınlıq və mental bağlılıqla izah edib. Onun sözlərinə görə, repatriantların sayına görə ikinci yerdə Yaxın Şərq ölkələri — xüsusilə Suriya, Livan və İran qərarlaşıb. Üçüncü qrupu isə ABŞ, Fransa, Argentina və Avstraliya təşkil edir.

Sinanyan qeyd edib ki, 2025-ci ildə repatriasiya göstəriciləri sabit qalıb. Bununla belə, Ermənistana qayıdanların ən yüksək axını 2022–2023-cü illərə təsadüf edib və bu artım Ukrayna böhranının fonunda baş verib.

Qiymət Mahir

tag: Ermənistan,Rusiya ,ABŞ,Fransa,Todaypress.tv,