Rusiya buğdanın ixrac rüsumunu artıracaq
2025-ci il mayın 28-dən Rusiyadan buğda ixracına görə rüsum 1 364,5 rubl (17,16 ABŞ dolları) təşkil edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Arpanın ixracına görə rüsum sıfır olacaq.
Nazirlik bildirib ki, qarğıdalı üçün rüsum hər metrik ton üçün 606 rubl (7,62 dollar) təşkil edəcək.
Buğda və meslin (buğda və çovdar qarışığı) üçün ixrac rüsumunun dərəcəsi bir ton üçün 248,4 ABŞ dolları, arpa üçün bir ton üçün 204 ABŞ dolları, qarğıdalı üçün isə 220,9 dollar/metrik ton olan göstərici qiymətinə əsasən hesablanır.
Aynur TAC