Rusiya-Amerika danışıqlarının nə vaxt keçiriləcəyi açıqlandı
Rusiya-Amerika danışıqlarının üçüncü raundu payızın sonuna qədər baş tutacaq.
TodayPress TV xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bunu “TASS”a bildirib.
“Bu, mütləq payızın sonuna qədər baş tutacaq. Hələlik dəqiq tarixlər yoxdur və hər şey hələ müzakirə olunur”, - diplomat məsələ ilə bağlı suala cavab olaraq deyib.
Nicat Osman