Rumıniyanın müdafiə naziri istefa verdi

Rumıniyanın müdafiə naziri istefa verdi
28.11.2025 16:52 Dünya

Rumıniyanın müdafiə naziri İonut Moşteanu təhsili ilə bağlı qalmaqaldan sonra vəzifəsindən istefa edib. 

TodayPress TV xəbər verir ki, bu barədə "Digi24" telekanalı məlumat yayıb.

Nazir açıqlamasında bildirib ki, müzakirələrin ölkəyə rəhbərlik işinə təsir etməsini istəmir. Qalmaqal Moşteanunun 1990-cı illərin sonlarında Buxarestdəki Athenaeum Universitetində menecment təhsili aldığı barədə rəsmi tərcümeyi-halında yalan məlumat verməsi üzərində yaranıb. 

Universitet jurnalistlərə bildirib ki, Moşteanu heç vaxt onların tələbəsi olmayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər