Buxarest Şəhər Meriyası ciddi büdcə çatışmazlığı ilə üzləşir və genişmiqyaslı struktur dəyişikliklərinə, bəzi müəssisələrin bağlanmasına hazırlaşır.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, şəhər büdcəsi hazırda təxminən 1 milyon dollara bərabər olan 5 milyon ley məbləğində azalıb.
Şəhər meri Çiprian Çiucu bildirib ki, administrasiyanın maliyyə resursları mərkəzi hökumətin qərarlarından asılı olduğundan son dərəcə məhduddur. Hazırkı vəziyyətdə bələdiyyə sərt iqtisadi tədbirlərə əl atmaq məcburiyyətindədir və alternativlər demək olar ki, yoxdur.
Hazırlanan islahat paketi bir neçə bələdiyyə müəssisəsinin, administrasiyasının və dövlət qurumlarının birləşməsi, yenidən qurulması və bəzi hallarda bağlanmasını nəzərdə tutur. Mer qeyd edib ki, bu addımlar populyar olmayacaq və siyasi xərclərlə nəticələnə bilər, amma qaçılmazdır.
Rumıniyanın Baş naziri İlie Bolojan isə ölkənin çətin iqtisadi dövr yaşadığını və böhranı əvvəlki illərdə həddindən artıq dövlət xərcləri ilə əlaqələndirib.
2024-cü ildə Rumıniyanın büdcə kəsiri ÜDM-in 9,4%-nə çatmışdı, lakin 2025-ci ilin sonuna qədər bu rəqəm 8,4%-ə endirilib.
Hakimiyyət orqanları 2026-cı ildə bu rəqəmi 6,4%-ə çatdırmağı planlaşdırır.
Jalə Rövşən
