Rubio Vensin "torbasını tikdi" - Ağ Evdə İran qarşıdurması
ABŞ vitse-prezidenti Cey Di Vens İran siyasəti ilə bağlı fikir ayrılıqları səbəbindən Ağ Evdə daha da təcrid olunmuş vəziyyətə düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Məlumata görə, Milli Kəşfiyyat Direktoru Talsi Qabbardın istefa qərarından sonra Vens administrasiyada mühüm müttəfiqlərindən birini itirib. Qabbardın, prezident Donald Trampın mümkün hərbi addımlarına qarşı daha ehtiyatlı mövqe tutduğu bildirilir.
Mənbələrin sözlərinə görə, Vensin daha yumşaq xarici siyasət yanaşması onu Trampın sərt mövqeyi ilə qarşı-qarşıya qoyub. Onun Ağ Evdə təsiri zəiflədiyi bir vaxtda, Dövlət katibi Marko Rubio xarici siyasət məsələlərində prezidentə ən yaxın və təsirli fiqurlardan birinə çevrilib.
"Daily Mail" yazır ki, İran məsələsində Tramp ilə yaranan fikir ayrılığı Vensi 2028-ci il prezident seçkilərində iştirak etməmək ehtimalını nəzərdən keçirməyə vadar edib. Bildirilir ki, o, hazırkı administrasiyanın mümkün nəticələrinə görə siyasi məsuliyyət daşımaq istəmir.
Jalə Rövşən