Rubio və Kuşnerin Cenevrə danışıqlarında iştirakı təsdiqləndi

Rubio və Kuşnerin  Cenevrə danışıqlarında iştirakı təsdiqləndi
14.02.2026 17:30 Dünya

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və sahibkar Cared Kuşner çərşənbə axşamı Cenevrədə Rusiya, ABŞ və Ukrayna arasında keçiriləcək məsləhətləşmələrdə iştirak edəcəklər.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin katibi Marko Rubio məlumat verib.

"Keçən həftə əhəmiyyətli irəliləyiş əldə etdik, amma son həll yoluna çatmalıyıq. Danışıqlar aparanlarımız Stiven Uitkoff və Cared Kuşner buna xeyli vaxt ayırıblar və çərşənbə axşamı bu mövzuda daha çox görüş keçirəcəklər", – deyə o, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Bloomberg"ə verdiyi müsahibədə bildirib.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər