Rubio Trampı “sülh prezidenti” elan etdi: “Bunu o bacardı!”
ABŞ dövlət katibi Marko Rubio Prezident Donald Trampı “sülh prezidenti” adlandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Rubio sosial şəbəkə hesablarından birində paylaşım edib.
Rubio bildirib ki, düz bir il əvvəl Tramp Ağ Evdə keçirilən tarixi görüş zamanı Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasında mühüm rol oynayıb.
“Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyev hər iki ölkə üçün tarixi irəliləyişə yol açan Birgə Bəyannaməni imzaladılar”, - deyə Rubio qeyd edib.
Kübra Musayeva