Rubio Rusiyaya sanksiyalar tələb edir, Tramp tərəddüd edir
ABŞ dövlət katibi Marko Rubio demək olar ki, hər gün Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini gündəmə gətirsə də, prezident Donald Tramp bu məsələyə ehtiyatla yanaşır.
TodayPress TV xəbər verir ki, bu barədə “New Lines” jurnalı məsələ ilə tanış mənbələrə istinadən yazıb.
“Diqqət edin, Rubio demək olar ki, hər gün Rusiyaya qarşı sanksiyalardan danışır” deyə nəşr dövlət katibinə yaxın mənbənin sözlərini sitat gətirir.
Lakin jurnalın məlumatına görə, Tramp əlavə sanksiyaların tətbiqi ilə bağlı “çox da həvəsli deyil” və irəliləyişlərə tərəddüdlə yanaşır.
Qiymət Mahir