Rubio NATO XİN rəhbərlərinin görüşünə qatılmayacaq
Dünya
29.11.2025 08:17
ABŞ dövlət katibi Marko Rubio dekabrın 3-də NATO xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşündə iştirak etməyi planlaşdırmır.
TodayPress TV "Reuters" ə istinadən xəbər verir ki, bu barədə " ABŞ rəsmiləri bildirib.
Agentlik qeyd edir ki, ABŞ kimi aparıcı ölkənin yüksəkvəzifəli diplomatının belə mühüm transatlantik tədbirdə iştirak etməməsi nadir hal hesab olunur. Rubio əvəzinə görüşdə ABŞ-ni onun müavini Kristofer Landaunun təmsil edəcəyi bildirilir.
ABŞ dövlət katibinin toplantıda niyə iştirak etməməsi ilə bağlı səbəblər açıqlanmayıb.
Xatırladaq ki, daha əvvəl Rubio Avropa İttifaqı və NATO-nun Ukrayna münaqişəsinin nizamlanmasında rolu məsələsinin hələ müzakirə olunmalı olduğunu bildirmişdi.
Jalə Rövşən
tag: Marko Rubio ,NATO,Brüssel,ABŞ,Todaypress.tv,
