Rubio: "Livan məsələsi İran sazişindən tamamilə ayrı tutulacaq"
Livanda atəşkəsin müzakirəsi və qorunub saxlanılması məsələsi İranla bağlanan hər hansı bir sazişdən ayrı tutulacaq.
TodayPress TV xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio Əbu-Dabiyə endikdən sonra jurnalistlərə bildirib.
“Bu, tamamilə ayrı bir prosesdir. Ona görə ayrıdır ki, Livan suveren bir ölkədir. Onun hökuməti var və Livanla, eləcə də Livanın daxilində baş verənlərlə bağlı məsələlərdə biz birbaşa Livan hökuməti ilə danışıqlar aparacaq və işləyəcəyik”, — deyə o qeyd edib.
Aysel Mətləb