Rodrigez: "Venesuela azad və ədalətli seçkilər keçirəcək"

Dünya

13.02.2026 18:03

Venesuelada gələcəkdə azad və ədalətli seçkilər keçiriləcək, lakin dəqiq tarixlər hələ müəyyən edilməyib.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə Venesuela prezidentinin elçisi Delsi Rodrigez məlumat verib.

“Konstitusiyada təsbit olunduğu kimi, ölkəmizdə azad və ədalətli seçkilər keçiriləcək. Bu seçkilərin həqiqətən baş tutmasını təmin etmək üçün siyasi dialoqa ehtiyacımız var”, – deyə Rodrigez "NBC News"a verdiyi müsahibədə bildirib.

O, jurnalistin hazırkı ABŞ administrasiyasının səlahiyyət müddətinin sonuna – yəni 2029-cu ilə qədər ölkədə seçkilərin keçirilməsinin mümkünlüyü ilə bağlı sualını cavablandırıb.

Prezidentin elçisi qeyd edib ki, seçkilərin tarixləri “ölkədəki siyasi dialoqun nəticələrinə əsasən” müəyyənləşdiriləcək. Rodrigez vurğulayıb ki, seçkilər “sanksiyalardan azad”, həmçinin “beynəlxalq təzyiq və beynəlxalq media tərəfindən təqiblər olmadan” keçirilməlidir.

Eyni müsahibədə Rodrigez bildirib ki, Nikolas Maduro respublikanın qanuni lideri olaraq qalır və onun barəsində irəli sürülən ittihamları əsassız hesab edir.

Jalə Rövşən 

TodayPress TV

tag: Nicolas Maduro,Venesuela,Delsi Rodrigez ,Seçki ,Todaypress.tv,