Reyn, Dunay, indi də Laura... - Avropanın su ehtiyatları TÜKƏNİR?

Reyn, Dunay, indi də Laura... - Avropanın su ehtiyatları TÜKƏNİR?
08.08.2026 22:48 Dünya

Fransada Luara çayında suyun səviyyəsi kritik dərəcədə aşağı düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə "BFMTV" telekanalı məlumat yayıb.

Bildirilib ki, isti hava və quraqlıq səbəbindən çayın yatağı hər gün daha çox üzə çıxır.

Çayın üzərində yerləşən Luaroksans şəhərinin meri Jan-Pol Yuenin sözlərinə görə, yaxın vaxtlarda yağış yağmasa, şəhərdə içməli sudan istifadəyə müvəqqəti məhdudiyyətlər tətbiq oluna bilər.

Luara ilə yanaşı, Avropanın digər çaylarının, o cümlədən Reyn və Dunayın dayazlaşması da son aylarda yağıntıların azalması və anomal isti hava ilə əlaqələndirilir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Bütün Xəbərlər