Quterreşdən təcili ÇAĞIRIŞ: Rusiya-Ukrayna arasında qeyd-şərtsiz atəşkəs tələb olunur

Quterreşdən təcili ÇAĞIRIŞ: Rusiya-Ukrayna arasında qeyd-şərtsiz atəşkəs tələb olunur
06.08.2026 21:23 Dünya

BMT-nin Baş katibi Antonio Quterreş Ukraynanın Rusiya ərazisinə pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbələri pisləyib.

TodayPress TV xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq brifinqdə bildirib.

Quterreş, həmçinin münaqişənin daha da kəskinləşməsindən, eləcə də Qara və Azov dənizlərində gəmiçiliyə yönələn risklərin artmasından narahatlığını ifadə edib.

Fərhan Haq əlavə edib ki, BMT Baş katibi tam, dərhal və qeyd-şərtsiz atəşkəsə gətirib çıxaracaq təcili deeskalasiyaya bir daha çağırış edib.

Aysel Mətləb

TodayPress TV


XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər