Quş qripi səbəbindən fermalar bağlanır

Quş qripi səbəbindən fermalar bağlanır
10.11.2025 16:22 Dünya

İspaniyada artan quş qripi halları səbəbindən 2 milyondan çox quş məhv edilib.

TodayPress TV xəbər verir ki, İspaniyanın Kənd Təsərrüfatı, Balıqçılıq və Qida Nazirliyi risk zonasına daxil edilən 1 199 bələdiyyədə fermaların bağlandığını elan edib.

Xüsusilə vəhşi quşlarla təmasın qarşısını almaq üçün fermalarda biotəhlükəsizlik tədbirləri gücləndirilib. Heyvanlarda şübhəli xəstəlik halları aşkar edildikdə dərhal bildiriş verilməsi tələb olunur.

Türkan İsgəndərli

TodayPress TV


XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər