Qubanın Qonaqkəndində torpaq sürüşməsi oldu, rayonla kəndləri birləşdirən yol sıradan çıxdı
Dünya
12.04.2026 11:51
Quba rayonunun Qonaqkənd kəndi istiqamətində baş vermiş torpaq sürüşməsi nəticəsində rayon mərkəzi ilə bir neçə kəndi birləşdirən avtomobil yolu sıradan çıxıb.
Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunur ki, hazırda aidiyyəti qurumlar tərəfindən alternativ yolun tikintisi istiqamətində tədbirlər görülür.
Bununla əlaqədar aprelin 11-də Quba Rayon İcra Hakimiyyətinin müraciəti əsasında 3 ton ərzaq və gündəlik tələbat malları Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının xüsusi təyinatlı avtomobilinə yüklənilərək Qonaqkənd kəndinə göndərilib.
Çətin keçidli və mürəkkəb relyefli ərazilərdən keçilərək mallar təyinat ünvanına çatdırılıb.
tag: Quba ,Qonaqkənd, Quba Rayon İcra Hakimiyyəti,Fövqəladə Hallar Nazirliyi , TodayPress TV,
