Qrossi: "İran və ABŞ nüvə sazişinə çox yaxındırlar"
İran və ABŞ nüvə çərçivə sazişi üzərində razılığa gəlməyə yaxındırlar və bu, hər iki tərəfə mövcud problemləri həll etmək üçün vaxt qazandıracaq.
TodayPress TV xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi danışıb.
O, təşkilatın hər iki tərəflə əlaqədə olduğunu, lakin danışıqlarda birbaşa iştirak etmədiyini qeyd edib.
Aysel Mətləb