Qrenlandiyada strateji hava limanı daha bir il də fəaliyyət göstərəcək
Qrenlandiyanın cənubundakı Narsarsuaq hava limanı daha bir il müddətinə açıq saxlanılacaq.
TodayPress TV xəbər verir ki, "Ritzau"nun məlumatına görə, Qrenlandiya hökuməti və Danimarka Müdafiə Nazirliyi hava limanının NATO və Danimarka Silahlı Qüvvələrinin uzunmüddətli ehtiyaclarının müəyyənləşdirilməsi üçün istifadəsini davam etdirmək barədə razılığa gəlib.
Danimarkanın müdafiə naziri Jeppe Brusun sözlərinə görə, bu müddət ərzində Qrenlandiya hökuməti və parlamenti müttəfiqlərlə birlikdə Narsarsuaq hava limanının gələcəkdə hərbi məqsədlərlə istifadəsinə dair ehtiyacları qiymətləndirə biləcək.
Razılaşma çərçivəsində Danimarka Müdafiə Nazirliyi Qrenlandiya hökumətinə 45 milyon kron (təxminən 7 milyon dollar) subsidiya ayıracaq.
Qeyd edək ki, Qrenlandiya Danimarkanın muxtar ərazisidir. Adada ABŞ-a məxsus Pituffik kosmik bazası da yerləşir. Baza Arktikada raketlərə erkən xəbərdarlıq və müşahidə imkanları baxımından strateji əhəmiyyət daşıyır.
Türkan İsgəndərli