Qış öncəsi Kiyevə böyük dəstək - Britaniya hərəkətə keçdi

Qış öncəsi Kiyevə böyük dəstək - Britaniya hərəkətə keçdi
17.11.2026 21:41 Dünya

Böyük Britaniya Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi üçün 240 milyon funt sterlinq vəsait ayıracaq və Kiyevə 1000-dən çox raket verəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı məlumat verib.

Onun sözlərinə görə, təqdim ediləcək raketlər Rusiya istehsalı olan reaktiv pilotsuz uçuş aparatlarına qarşı mübarizədə artıq effektivliyini sübut edib.

Yeni yardım paketi qış aylarında Ukrayna şəhərlərinin, əhalisinin və kritik infrastruktur obyektlərinin qorunmasına yönəlib.

Qeyd edək ki, ayrılacaq 240 milyon funt sterlinq Londonun Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi üçün daha əvvəl elan etdiyi 500 milyon funt sterlinqlik ümumi yardım paketinə daxildir.

Zalujnı bu dəstəyin Ukrayna şəhərlərinə və infrastruktur obyektlərinə hücumların intensivləşdiyi bir vaxtda xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər