Qırmızı və sarı pomidorun fərqi nədir?
Qırmızı və sarı pomidorlar yalnız rənginə və dadına görə deyil, qida tərkibinə görə də fərqlənir.
TodayPress TV xəbər verir ki, qırmızı pomidorlarda rəngini verən antioksidant likopen daha çoxdur. Sarı pomidorlarda isə bəzi əvəzolunmaz amin turşularının miqdarı daha yüksəkdir.
Hər iki pomidor növü eyni bitki növünə aiddir və yetişdirilməsi üçün günəş işığı, isti və yaxşı drenaj olunan torpaq tələb edir.
Sarı pomidorlar qırmızı pomidorlar qədər geniş yayılmasa da, müxtəlif növləri mövcuddur və bağda asanlıqla yetişdirilə bilər.
Kübra Musayeva