Qırğızıstanda "sükut günü" başladı
Dünya
29.11.2025 11:15
Qırğızıstanda noyabrın 30-da keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində "sükut günü" başlayıb.
TodayPress TV xəbər verir ki, təşviqat kampaniyası yerli vaxtla səhər saat 8:00-da (Bakı vaxtı ilə 06:00) başa çatıb.
Məlumata görə, ölkədə 2 492, xaricdə isə 100 seçki məntəqəsi fəaliyyət göstərəcək.
Seçkilər yenilənmiş sistem üzrə keçiriləcək: 30 dairədə 90 deputat (hər dairədən üç nəfər) seçiləcək. "Sükut günü"ndə hüquq-mühafizə orqanlarının 10 mindən çox əməkdaşı hüquqpozmaların profilaktikası üzrə gücləndirilmiş xidmət aparacaq.
Qırğızıstanın Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar seçkilərdə iştirak üçün ümumilikdə 461 namizədi qeydiyyata alıb.
MSK-nın məlumatına görə, seçici siyahılarına 4 milyon 294 min 243 seçici daxil edilib.
tag: Qırğızıstan,Sükut günü,Seçki,Parlament,Todaypress.tv,
