Qırğızıstanda İstintaq Komitəsi yaradılacaq
Qırğızıstanda tezliklə İstintaq Komitəsi yaradılacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov "Kabar" dövlət xəbər agentliyinə müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, bütün istintaq işləri yeni quruma veriləcək. Baş Prokurorluq və Hərbi Prokurorluq isə ölkədə qanunlara riayət olunmasına nəzarəti davam etdirəcək.
Japarov qeyd edib ki, İstintaq Komitəsi birbaşa dövlət başçısına hesabat verəcək.
Onun fikrincə, yeni strukturun yaradılması respublikada insan hüquqlarının daha effektiv şəkildə təmin edilməsinə imkan yaradacaq.
Türkan İsgəndərli