Qəzzada yardım məntəqələrində sıxlıq ölümlərə səbəb olur

Qəzzada yardım məntəqələrində sıxlıq ölümlərə səbəb olur
21.07.2025 11:32 Dünya

Qəzza Humanitar Fondunun (GHF) təşkil etdiyi qida paylama məntəqələrindəki xaotik vəziyyət yüzlərlə fələstinlinin ölümünə səbəb olub.

TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Qəzetin müxbiri iyulun 15-də Qəzzada yardım məntəqələrindən birinə baş çəkib və minlərlə insanın izdihamla yemək növbəsində gözlədiyinin şahidi olub. Yardım paylandıqda kütlə arasında qarşıdurmalar yaşanıb, bəzi hallarda isə İsrail hərbçiləri və özəl mühafizəçilər atəş açıb.

Nəşr yazır ki, oxşar xaos dörd yardım məntəqəsinin hər birində baş verir. 

İsrail əsgərləri fələstinlilərin yardım üçün hərəkət etdiyi marşrutlarda təhlükə hiss etdikdə əvvəlcə xəbərdarlıq atəşi açdıqlarını, amma insan axını davam edərsə, atəş açmaq məcburiyyətində qaldıqlarını etiraf ediblər.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər