Qəzzada aclıqdan ölənlərin sayı 169-a çatdı

Qəzzada aclıqdan ölənlərin sayı 169-a çatdı
02.08.2025 21:10 Dünya

Qəzza zolağında 93-ü uşaq olmaqla, azı 169 nəfər aclıqdan ölüb.

TodayPress TV xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin "Telegram" kanalında məlumat paylaşılıb.

"Son 24 saat ərzində Qəzza xəstəxanalarında aclıq və qida çatışmazlığı səbəbindən 7 yeni ölüm faktı qeydə alınıb", - məlumatda qeyd olunub.

Xatırladaq ki, iyulun 30-da HƏMAS tərəfindən aclıqdan ölənlərin sayının 154 nəfər olduğu barədə açıqlama verilmişdi.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər