Qətərin Baş naziri müharibə başlayandan bəri İLK DƏFƏ İrana gedir
Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani fevral ayında başlayan regional münaqişədən sonra ilk dəfə avqustun 27-də Tehrana səfər edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Macid əl-Ənsari məlumat verib.
“Qətərin Baş naziri və xarici işlər naziri sabah Tehrana səfər edəcək. Onun regionda gərginliyin azaldılması və Hörmüz boğazında sərbəst gəmiçilik məsələlərini müzakirə edəcəyi gözlənilir”, - deyə o bildirib.
Əl-Ənsari əlavə edib ki, baş nazirin İrana səfəri Qətərin münaqişələrin diplomatik yolla həllinə sadiqliyini təsdiqləyir.
Aysel Mətləb