Qazaxıstanda zəngin qızıl yatağı tapıldı

Qazaxıstanda zəngin qızıl yatağı tapıldı
02.09.2025 03:40 Dünya

Qazaxıstan təbii ehtiyatlar sahəsində mühüm kəşfi açıqlayıb. Belə ki, 38 yeni faydalı qazıntı yatağı, o cümlədən 19 ton qızıl və əhəmiyyətli nadir torpaq metalların ehtiyatları aşkar edilib.

TodayPress TV Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, “Minerals” jurnalında dərc olunan tədqiqatın nəticələri bu ilin birinci rübündə əldə edilib.

Əsas kəşflərdən biri Astanadan 420 km aralıda, Karaqanda vilayətinin Kuyrıktikol rayonunda yerləşən “Jana-Qazaxıstan” geoloji zonasındakı nadir torpaq elementləri yatağı olub.

Qazaxıstan Sənaye və Tikinti Nazirliyinin qiymətləndirmələrinə görə, Yerin təkində elektromobillərin, külək turbinləri, elektronika və müdafiə texnologiyalarının istehsalı üçün vacib elementlərlə zəngin 20 milyon tondan çox filiz var. Nadir torpaq metallarının orta miqdarı 1 ton üçün təxminən 700 qram olaraq qiymətləndirilir ki, bu da yüksək göstərici hesab edilir.

Məlumatlar tam təsdiq olunarsa, Qazaxıstan nadir torpaq metallarının ehtiyatlarına görə Çin və Braziliyadan sonra dünyada üçüncü yeri tuta bilər.


TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 Bütün Xəbərlər