Qazaxıstanda iş axtaranları süni intellekt tapacaq – Yeni sistem işə düşür

Qazaxıstanda iş axtaranları süni intellekt tapacaq – Yeni sistem işə düşür
11.08.2026 14:31 Dünya

Qazaxıstanda iş axtaran vətəndaşların uyğun vakansiya tapmasına süni intellekt kömək edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin əmək və əhalinin sosial müdafiəsi naziri Askarbek Yertayev məlumat verib.

Yeni sistem işə ehtiyacı olan vətəndaşları avtomatik müəyyən edəcək və onlara “eGov”, “Enbek.kz” platformaları və ya 1414 nömrəsindən SMS vasitəsilə bildiriş göndərəcək.

Süni intellekt namizəd üçün həm yaşadığı regionda, həm də ölkənin digər bölgələrində uyğun iş yerlərini seçəcək. Sistem xüsusilə fəhlə peşələri üzrə vakansiyaları da təklif edəcək.

Bundan əlavə, vətəndaşlara təlim, ixtisasartırma, yenidən ixtisaslaşma və başqa bölgəyə köçmək imkanları barədə məlumat veriləcək.

Xidmət iyul ayında Pavlodar vilayətində istifadəyə verilib. 39 min nəfərə SMS göndərilib, 962 nəfər işlə təmin olunub.

Sentyabr ayında sistemin Manqistau vilayətində tətbiqi planlaşdırılır. İlin sonuna qədər xidmətin 20 regionda istifadəyə verilməsi nəzərdə tutulur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər