Qazaxıstan Sülh Şurasına üzvlük haqqı ödəmədən qoşuldu

Qazaxıstan Sülh Şurasına üzvlük haqqı ödəmədən qoşuldu
23.01.2026 06:44 Dünya

Qazaxıstan ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Qəzza üzrə Sülh Şurasına maliyyə haqqı ödəmədən qoşulub.

TodayPress TV xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

"Qazaxıstan Sülh Şurasına hər hansı maliyyə haqqı ödəmədən qoşulub, bu da nizamnamənin müddəalarına tam uyğundur", - məlumatda bildirilib.

Qeyd olunub ki, nizamnamədə qeyd edilən 1 milyard dollar məbləğində könüllü üzvlük haqqı şərt deyil.

"Bu hər bir iştirakçının hüququdur. Bu cür ödəniş ilk il ərzində həyata keçirildikdə həmin dövlət müəyyən edilmiş üç illik müddətdən artıq şurada qalma imkanı əldə edir", - məlumatda vurğulanıb.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər