Qara dənizdə yükdaşımalar dayanır: Dünya ərzaq böhranı təhlükəsi artır

Qara dənizdə yükdaşımalar dayanır: Dünya ərzaq böhranı təhlükəsi artır
07.08.2026 08:19 Dünya

Rusiyanın Ukraynanın limanlarına və mülki gəmilərə endirdiyi hücumlar Qara dənizdə yükdaşımalarını demək olar ki, iflic edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Foreign Policy" jurnalı yazıb.

Nəşrin məlumatına görə, dəniz dəhlizi formal olaraq açıq qalsa da, gəmi sahibləri raket və pilotsuz uçuş aparatları ilə hücum riskinə görə marşruta çıxmaq istəmirlər.

Vəziyyət yeni ixrac mövsümünə qədər dəyişməsə, bu, qlobal ərzaq təchizatına mənfi təsir göstərə və dünya ərzaq böhranı riskini artıra bilər.

Ukrayna tərəfinin məlumatına əsasən, iyul ayında Rusiya limanlarda və dənizdə ümumilikdə 57 Ukrayna və xarici ticarət gəmisinə zərbələr endirib. Nəticədə ölkənin taxıl ixracı təxminən üç dəfə azalıb, dəniz daşımalarının qiyməti isə iki dəfəyə yaxın artıb.

Bildirilir ki, Qara dəniz limanları Ukraynanın əsas ixrac marşrutudur. Kənd təsərrüfatı məhsullarının təxminən 90 faizi, həmçinin metallurgiya və dağ-mədən sənayesi məhsullarının böyük hissəsi bu limanlar vasitəsilə dünya bazarına çıxarılır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər