Qara dənizdə Rusiyayanın iki dron vuruldu - VİDEO
Rumıniyanın Qara dənizdə “Neptun Deep” qaz yatağı yaxınlığında Rusiyaya məxsus olduğu bildirilən iki “Gerbera” dronu məhv edilib.
TodayPress TV xəbər verir ki, dronlar Konstansadan təxminən 166 kilometr məsafədə aşkarlanıb.
Məlumata görə, pilotsuz uçuş aparatları gəmilər və bölgədə çalışan personal üçün təhlükə yaratmaması məqsədilə partladılıb.
Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.
Türkan İsgəndərli