Qara dəniz gəmilərə məzar olub - Daha bir tanker batdı - VİDEO

Qara dəniz gəmilərə məzar olub - Daha bir tanker batdı - VİDEO
18.11.2026 17:38 Dünya

Bolqarıstanın Qara dəniz sahillərində Liberiya bayrağı altında üzən maye qaz tankeri batıb.

TodayPress TV xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Məlumata görə, Misirdən Rumıniyaya 3400 ton maye qaz daşıyan gəminin dron hücumuna məruz qaldığı bildirilir.

Hadisə zamanı gəmidə olan Filippin vətəndaşı 19 heyət üzvünün hamısı xilas edilib.

Gəmi Misirin İsgəndəriyyə limanından Rumıniyanın Midia limanına doğru hərəkət edirmiş. İlkin məlumatlara görə, tankerə dörd zərbə endirilib. Hücumun dron vasitəsilə həyata keçirildiyi ehtimal olunur.

Qeyd edək ki, bu hadisədən bir gün əvvəl həmin ərazidə Somali bayrağı altında üzən və buğda daşıyan yük gəmisi də dron hücumundan sonra batıb. Qara dənizin Bolqarıstan və Rumıniya sahillərində ticarət gəmilərinə qarşı hücumların intensivləşməsi bölgədə dəniz təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər