Putinlə Merts arasında gözlənilməz telefon danışığı baş tuta bilər
Əbu-Dabidə keçirilən görüşdən sonra Almaniya kansleri Fridrix Merts ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığının baş tutması ehtimalı artıb.
TodayPress TV xəbər verir ki, bu barədə Almaniya hökumətinin nümayəndəsi Ştefan Kornelius açıqlama verib.
Onun sözlərinə görə, tərəflər gələcək razılaşmaların əsas prinsipləri ilə bağlı müəyyən anlaşma əldə ediblər.
“Bu anlaşma Rusiya Prezidentinin də diqqətinə çatdırılacaq və bunun əsasında danışıqlar inkişaf etdirilə bilər”, – deyə Kornelius bildirib.
Qeyd edək ki, Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətlərinin iştirakı ilə iki günlük danışıqlar keçirilib. Görüşlərdə müəyyən irəliləyiş əldə olunsa da, müharibənin dayandırılması ilə bağlı əsas məsələlərdə fikir ayrılıqları qalır.
Kübra Musayeva