Putindən KTMT ilə bağlı MÜHÜM AÇIQLAMA

Putindən KTMT ilə bağlı MÜHÜM AÇIQLAMA
27.11.2025 12:04 Dünya

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sammitinin 2026-cı il noyabrın 11-də Moskvada keçiriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında bildirib. 

O, sammit iştirakçılarını həmin tarixdə Moskvada görməkdən məmnun olacağını deyib.

Putin həmçinin KTMT qüvvələrinin Rusiya istehsalı olan silahlarla təchiz olunması üçün genişmiqyaslı proqramın başlanmasını təklif edib və bu silahların döyüş bölgələrində öz effektivliyini sübut etdiyini vurğulayıb.

Rusiya prezidenti hazırda Qırğızıstanda dövlət səfərindədir və Bişkekdə keçirilən KTMT sammitinin işində iştirak edir. Tədbir “Yntımak Ordo” iqamətgahında baş tutur və daha sonra geniş tərkibdə görüş keçiriləcək.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər