Putindən Çin səfəri ərəfəsində gözlənilməz hədiyyə
Rusiya Prezidenti Vladimir Putin sentyabrda Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək. Səfər öncəsi Moskvanın Pekinə gözlənilməz hədiyyə göndərdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə “Sohu” nəşri məlumat yayıb.
“Rostex”in rəhbəri Sergey Çemezov Rusiyanın Çinə aviasiya mühərrikləri tədarük etməyə hazır olduğunu bəyan edib. Analitiklərin fikrincə, bu bəyanat Pekin üçün tamamilə gözlənilməz addım olub.
Qeyd edək ki, Putin bu həftənin sonunda Çinə dörd günlük səfərə yollanacaq və 31 avqust – 1 sentyabr tarixlərində Tyançzin şəhərində keçiriləcək ŞƏT sammitində iştirak edəcək.
Qiymət Mahir