Putin yeni Roma Papası ilə danışdı

Putin yeni Roma Papası ilə danışdı
04.06.2025 22:10 Dünya

Rusiya Prezidenti Vladimir Putin yeni Roma Papası XIV Leo ilə telefonla danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Məlumata görə, Putin Roma Papasının diqqətini Ukrayna ilə müharibənin gərginləşməsinə yönəldib və həmçinin münaqişənin həllində köməklik göstərməyə hazır olduğuna görə təşəkkür edib.

Rusiya lideri siyasi və diplomatik yollarla sülhə nail olmaqda maraqlı olduğunu təsdiqləyib.

Kremlin mətbuat xidməti qeyd edib ki, Rusiya və Vatikan mənəvi dəyərlərə əsaslanan əlaqələri gücləndirmək barədə razılığa gəliblər.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər