Putin və Zelenski görüşü Macarıstanda keçirilə bilər

Putin və Zelenski görüşü Macarıstanda keçirilə bilər
19.08.2025 11:19 Dünya

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında potensial görüş Macarıstanda baş tuta bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Nəşrin məlumatına görə, iki liderin görüşü yaxın zamanlarda reallaşa bilər. Almaniya kansleri Fridrix Merts də daha əvvəl açıqlamışdı ki, belə bir görüşün qarşıdakı iki həftə ərzində baş tutması ehtimalı var.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, Putin və Zelenski arasında birbaşa görüş üçün hazırlıqlara başlayıb. 

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər