Putin və Si Cinpinin müzakirə mövzusu Tramp oldu
Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin noyabrın 18-də keçirilən ikitərəfli görüş zamanı ABŞ lideri Donald Trampın iştirakı ilə noyabrın 19-da baş tutacaq üçtərəfli danışıqlara da toxunublar. Lakin “rolların bölüşdürülməsi” və ya “saatların uzlaşdırılması” məsələsi müzakirə olunmayıb.
TodayPress TV xəbə verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov “Vesti” telekanalına bildirib.
Putin və Si Cinpinin “saatları uzlaşdırıb-uzlaşdırmadıqları” ilə bağlı suala cavab verən Uşakov deyib:
“Mən belə deməzdim. Lakin qarşıdan gələn üçtərəfli görüşün ümumiyyətlə xatırlanmadığını da deyə bilmərəm”.
Diplomat qeyd edib ki, sədr və prezidentin bu məsələyə toxunmaması qəribə olardı.
Aysel Mətləb