Putin Trampa gizli ismarıc yolladı
ABŞ dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla apardığı söhbətdən sonra Rusiya lideri Vladimir Putinin ABŞ Prezidenti Donald Trampa ünvanladığı mesajı ona çatdırıb.
TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Aleks Raufoğlu "X" sosial şəbəkəsində məlumat verib.
“Rubio indicə Lavrovun Putindən Trampa ünvanlanmış mesajı çatdırdığını bildirdi. Rubio deyib ki, o, bunu Trampa çatdırıb”, — deyə Raufoğlu yazıb.
Xatırladaq ki, mayın 25-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb. Tərəflər Ukrayna, ikitərəfli münasibətlər, İrandakı vəziyyət (o cümlədən Hörmüz boğazındakı böhran) və Kuba ətrafındakı vəziyyəti müzakirə ediblər.
Rusiyalı nazir Rubioya Kiyevdəki Ukrayna Silahlı Qüvvələrinin obyektlərinə qarşı sistematik hücumlara hazırlıq barədə məlumat verib və ABŞ-yə, eləcə də digər ölkələrə diplomatik heyətin və vətəndaşlarının Kiyevdən təxliyə edilməsini tövsiyə edib.
Qeyd edək ki, Marko Rubio bu gün — mayın 26-da — Ermənistana səfər edəcək. Səfər çərçivəsində o, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək və birgə memorandum imzalanacaq.
Jalə Rövşən