Putin Səudiyyə vəliəhdini ABŞ görüşü barədə məlumatlandırdı
Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudu ABŞ ilə son təmasları barədə məlumatlandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı Putin səudiyyəli həmkarına ABŞ prezidenti Donald Trampla son görüşlərinin nəticələri barədə ətraflı məlumat verib.
Qeyd edək ki, Tramp daha əvvəl verdiyi açıqlamada Putinlə isti münasibətlərin qurulmasının müsbət hal olduğunu, lakin bunun yalnız Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanması və konkret nəticələr əldə edilməsi halında əhəmiyyətli olacağını vurğulayıb.
Türkan İsgəndərli