Putin Mayamiyə gedəcəksə... - Merts nə tələb etdi?
Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putin Mayamidə keçiriləcək G20 sammitinə qatılacağı təqdirdə, Ukraynanın da münaqişənin həlli ilə bağlı müzakirələrdə iştirak etməli olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Merts Ukraynanın taleyinin nümayəndələrinin iştirakı olmadan müzakirə edilməsini, eləcə də Rusiya liderinin dekabrda keçiriləcək “Böyük iyirmilik” sammitinə dəvət olunmasını “qətiyyən qəbuledilməz” adlandırıb.
“Ukrayna danışıqlar masasında olarsa, Avropa da orada olacaq”, – deyə Almaniya kansleri vurğulayıb.
O qeyd edib ki, Avropa münaqişənin həlli prosesində iştirak etmək istəyir və buna borcludur. Kanslerin sözlərinə görə, sanksiyalar və təhlükəsizlik arxitekturası da daxil olmaqla, sülh razılaşmasının əsas elementləri yalnız avropalılarla razılaşdırıla bilər.
Ukrayna Prezidenti Volodimir Zelenski isə öz növbəsində ABŞ və Rusiyanın Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsini müzakirə edə bilməyəcəyini bəyan edib.
Aysel Mətləb