Putin Baltik dənizində əks tədbirlərlə bağlı təklifləri təsdiqlədi

Putin Baltik dənizində əks tədbirlərlə bağlı təklifləri təsdiqlədi
26.05.2025 16:56 Dünya

Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrinin Baltik dənizində gəmiçiliyi məhdudlaşdırmaq cəhdlərinə cavab olaraq Rusiya Dəniz Kollegiyasının irəli sürdüyü tədbirləri dəstəkləyib.

TodayPress TV xəbər verir ki, bu barədə prezidentin köməkçisi və Dəniz Kollegiyasının sədri Nikolay Patruşev “RİA”ya istinadən məlumat verib.

“Baltik dənizində gəmiçiliyin məhdudlaşdırılması cəhdlərinə qarşı cavab tədbirləri Rusiya Dəniz Kollegiyasının prezidiumunda müzakirə olunub və prezident bu tədbirləri dəstəkləyib”, – deyə Patruşev bildirib.

O əlavə edib ki, hazırda Baltik donanması gəmiçiliyin təhlükəsizliyini təmin edir və digər ölkələrin hərbi-dəniz qüvvələrinin təxribatlarının qarşısını alır.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər