Putin Arktikaya işarə etdi: Rusiya iqtisadi gücünün yeni geosiyasi cəbhəsi
Dünya
23.04.2026 19:00
Rusiya Prezidenti Vladimir Putin Arktika regionunun ölkənin iqtisadi inkişafı və suverenliyinin təmin edilməsi baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə hökumət üzvləri ilə Arktika zonası və Transarktik Nəqliyyat Dəhlizinin inkişafına həsr olunmuş müşavirədə çıxışı zamanı danışıb.
“Bu bölgənin ölkəmiz, daxili iqtisadiyyat, sənaye potensialının artırılması, milli təhlükəsizliyin təmin edilməsi və suverenliyimizin qorunması üçün xüsusi strateji əhəmiyyətini dəfələrlə qeyd etmişəm”, – deyə Rusiya lideri bildirib.
Putin həmçinin Arktikanın qlobal iqtisadiyyat və geosiyasətdə artan rolunu qeyd edərək, etibarlı və səmərəli logistika marşrutlarının inkişaf etdirilməsi imkanlarını vurğulayıb.
Prezident Arktikanın inkişafı ilə bağlı əvvəlki müşavirəni ötən ilin mart ayında Murmanskda keçirmişdi. Həmin vaxt o, regionu Rusiya üçün strateji əhəmiyyətli sahə adlandıraraq, nəqliyyat və logistika infrastrukturunun genişləndirilməsinin, eləcə də iqtisadi imkanların artırılmasının vacibliyini qeyd etmişdi.
O, həmçinin Arktikanın həssas ekosistemlərinin qorunmasının önəmini və əsas layihələrin gecikdirilməsinin yolverilməz olduğunu vurğulamışdı.
Jalə Rövşən
tag: Arktika, Vladimir Putin ,Rusiya , Arktika zonası və Transarktik Nəqliyyat Dəhlizi,Todaypress.tv,
