Prezidentlikdən gedib, baş nazir olacaq
Serbiya Prezidenti Aleksandr Vuçiç hakim partiyasının növbədənkənar parlament seçkilərində qalib gələcəyi təqdirdə prezident vəzifəsindən istefa verərək baş nazirliyə namizəd olmağa hazır olduğunu açıqlayıb.
TodayPress TV xəbər verir ki, Vuçiçin sözlərinə görə, növbədənkənar parlament seçkilərinin oktyabrın 25-də keçirilməsi gözlənilir.
Seçkilərin Serbiyada bir ildən artıqdır davam edən kütləvi tələbə etirazları fonunda keçirilməsi gözlənilir. Etirazlar 2024-cü ilin noyabrında Novi-Sad şəhərində dəmir yolu vağzalının çardağının çökməsi və 16 nəfərin həyatını itirməsindən sonra başlayıb.
Kübra Musayeva