Polşa Ukraynaya yeni qırıcılar verəcək

Polşa Ukraynaya yeni qırıcılar verəcək
27.06.2025 11:10 Dünya

Polşa Ukraynaya hərbi yardımını davam etdirməyə və bu məqsədlə ordusunun silahlanmasından çıxarılan "MiQ-29" qırıcı təyyarələrinin Kiyevə mərhələli şəkildə təhvil verilməsinə hazır olduğunu bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski "AFP" agentliyinə verdiyi müsahibədə bildirib.

“Polşa Ukraynaya hərbi yardıma silahlı qüvvələrimizdən çıxarılan "MiQ-29"ların tədricən verilməsi ilə öz töhfəsini verəcək”, - deyə nazir qeyd edib. O, təyyarələrin konkret nə vaxt təhvil veriləcəyini və bu sovet istehsalı qırıcıların NATO tərəfindən əvəzlənib-əvəzlənmədiyini dəqiqləşdirməyib.

Qeyd edək ki, ötən ilin iyulun 8-də Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi Polşa ilə uzunmüddətli müdafiə və təhlükəsizlik əməkdaşlığına dair saziş imzalandığını açıqlamışdı. Sazişə əsasən, Polşa Kiyevə əlavə olaraq ən azı bir eskadrilya — təxminən 14 ədəd "MiQ-29" təyyarəsinin verilməsini nəzərdən keçirməyi öhdəsinə götürmüşdü.

Həmin gün Polşanın Baş naziri Donald Tusk Zelenskini xəbərdar etmişdi ki, bu təyyarələrin verilməsi NATO müttəfiqlərinin dəstəyi olmadan mümkün olmayacaq. 2025-ci ilin iyun ayında isə Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Darius Lukovski bildirmişdi ki, rəsmi Varşava hələ də vəd edilən qırıcıların təhvilinə hazır deyil.

Töhfə Səməd

XƏBƏR LENTİ
02 IYUN 2026
Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Vilayət Eyvazov DİN-ə yeni təyin olunan hakimlərlə görüşdü 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Space TV-də maaş qalmaqalı: Günah Vadoya qaldı 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 500 minlik məhkəmədə yeni QƏRAR - Əvvəl bəraət, indi isə... 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Putin milyarderləri "tasa oturtdu": Bağlı qapı arxasında hədə-qorxunun maliyyəti... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - Fövqəladədən XƏBƏRDARLIQ! 10:07 Bütün Xəbərlər