Polşa Ukraynada döyüşən vətəndaşlarını məsuliyyətdən azad edir

Dünya

13.02.2026 21:25

Polşa Ukraynada döyüşmüş muzdlu şəxslərin məsuliyyətdən azad olunması ilə bağlı qanun qəbul edib. 

TodayPress TV xəbər verir ki, sənəd Polşa parlamentinin aşağı palatası tərəfindən qəbul edilib. 

Sənəd Ukrayna Silahlı Qüvvələri sıralarında qanunsuz döyüşmüş Polşa vətəndaşlarının cinayət məsuliyyətindən azad edilməsini nəzərdə tutur. 

Məlumata görə, 460 deputatdan 406-sı qanunun lehinə səs verib, dörd deputat əleyhinə çıxıb, 19 nəfər isə bitərəf qalıb. Qanuna əsasən, Ukraynada muzdlu kimi döyüşmüş Polşa vətəndaşları bağışlanır və onların bu əməli unudulmuş hesab olunur. 

Hazırda qüvvədə olan qaydalara görə, Polşa vətəndaşı başqa ölkənin ordusunda xidmətə başlamaq üçün səlahiyyətli dövlət orqanlarından icazə almalıdır. Bu tələbin pozulması beş ilədək azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər. 

Aysel Mətləb

TodayPress TV

tag: Polşa,Ukrayna,Muzdlu,Döyüş,