Polşa sərhədini pozan təyyarələr vurulacaq

Polşa sərhədini pozan təyyarələr vurulacaq
01.10.2025 12:44 Dünya

Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış Varşavanın və NATO ölkələrinin Polşanın hava məkanını pozan hərbi təyyarələri vurmağa hazır olduğunu bildirib. 

TodayPress TV xəbər verir ki, onun sözlərini “TVN24” sitat gətirib.

Nazir bildirib ki, NATO təyyarələri vurmağa hazırdır, lakin hər bir qərar konkret vəziyyətin qiymətləndirilməsindən sonra komandirlər və pilotlar tərəfindən qəbul edilir. Onun sözlərinə görə, komandirlərin Polşanı qorumağa yönəlmiş qərarlar qəbul etmək hüququ var.  

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər