Polşa Cənubi Koreya üçün raket istehsalına başlayır

Dünya

27.12.2025 18:15

Polşa Cənubi Koreyanın "K239 Chunmoo" çoxnövlü raket sistemləri (Polşada Homar K adı ilə tanınır) üçün raket istehsalına başlayacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış məlumat verib.

Nazirin "X" sosial şəbəkəsində yazdığına görə, Varşavada Polşanın "WB Electronics" şirkəti ilə Cənubi Koreyanın "Hanwha Aerospace Co. Ltd." arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. Müqavilə Polşada "Homar K MLRS" üçün raket istehsalı zavodunun tikintisinə start verilməsini nəzərdə tutur.

Qeyd edək ki, 2022-ci ilin iyulunda Polşanın əvvəlki hökuməti Cənubi Koreya ilə 288 ədəd "K239 Chunmoo" reaktiv yaylım atəş sistemi və 688 ədəd K9 özüyeriyən haubitsanın tədarükü barədə razılıq əldə edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Polşa,Koreya,Raket,Müdafiə,Todaypress.tv,