Polşa Belarusla sərhədi bağladı
Polşa sentyabrın 11-də “Qərb-2025” strateji hərbi təlimlərinə görə Belarusla sərhədini bağlayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk məlumat verib.
“Dövlət təhlükəsizliyinin maraqlarına əsaslanaraq, biz Belarusla sərhədi, o cümlədən dəmir yolu keçidlərini sentyabrın 11-dən 12-nə kimi bağlayacağıq”, - deyə o bildirib.
Qeyd edək ki, sentyabrın 12-dən 16-dək Rusiya və Belarus arasında“Qərb-2025” birgə təlimləri keçiriləcək.
Təlimlər Belarus ərazisində keçiriləcək.
Aysel Mətləb