Polşa Belarusla sərhəddə yeni hasar tikir

Polşa Belarusla sərhəddə yeni hasar tikir
12.04.2026 16:53 Dünya

Polşa Belarusla sərhəddə əlavə təhlükəsizlik maneəsinin tikintisinə başlayıb.

TodayPress TV "RMF24"ə istinadən xəbər verir ki, yeni obyekt mövcud sərhəd hasarını gücləndirmək məqsədi daşıyır.

Məlumata görə, layihə 4 metrlik hasar, tikanlı məftil və meşə tərəfdə 2 metrlik əlavə baryerdən ibarətdir.

Bildirilir ki, bu qurğu Belarus–Polşa sərhədinin Podlyask voyevodalığında yerləşən 186 kilometrlik hissəsini əhatə edəcək və yazın sonuna qədər tamamlanacaq:

“Tikinti eyni vaxtda beş nöqtədə başlayıb və ilk növbədə həssas ərazilər seçilib”.

Polşa sərhəd xidmətinin nümayəndəsi Slavomir Klekotka bildirib ki, yeni infrastruktur qeyri-qanuni keçid cəhdlərini ləngidəcək və sərhədçilərə reaksiya üçün vaxt qazandıracaq.

Qeyd edək ki, bundan əvvəl Belarus XİN rəhbəri Maksim Rıjenkov Qərb ölkələrinin sərhədlərdə hərbi infrastrukturu artırdığını demişdi.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər